Etdi pünhan zülf içində ol mələksima üzün,Gizləmiş əbr içrə san məhru-cahanara üzün.

Leyli saçlı bir pəri Məcnuna döndərmiş məni,Rəhmə gəlməz, tutsa da ahım odu dünya üzün.

Yüz gözəl öz sevgilimdən başqa, açmaz könlümü,Şübhəsiz, Məcnuna göstərsin gərək Leyla üzün.

Yarsız, gül üzlü canansız büsati-badədəQan olur könlüm, gözüm görsə meyi-həmra üzün.

Yüz könül min naz ilə baxdıqca qan etsin gərək,Göstərincə aşiqə bir dəm o gül rəna üzün.

Bir mənim könlüm deyil divanəsi məhrulərin,Mən kimi yüzlərlə məcnunlar tutub səhra üzün.

Zülfdən, divanədəndir hər sözün, Vahid, yenə,Göstərər bir gün sənə ariflər istehza üzün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love