Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxənin
Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.
Ləblərin söhbəti ta düşdü ağızdan-ağıza,Qədri əksildi o gündən bəri ləli-Yəmənin.
Gül giribanini çak etdi üzün şövqündən,Qönçənin bağrını qan etdi xəyali-dəhənin.
Piri-Kənan bu vəcahətlə səni görsəydi,Həsrətin çəkməz idi Yusifi-gülpirəhənin.
Saqiyi-məclisi-mey olmasa gülrulərdən,Olmaz eşq əhlinə təsiri şərabi-kühənin.
Cilvəkar olmasa bağ içrə əgər qaməti-yar,Bizə duzəx görünər sayəsi sərvi-çəmənin.
Çəkməsəydim mən əgər hicrini ol lalərüxün,Çoxdan asarı itib getmiş idi Kuhikənin.
Vahid! Əlbəttə, yanar atəşi-qürbətdə müdam,Bilməsə qədrini hər kim ki, mübarək Vətənin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-zulfi-enbersikeni-ol-buti-sekkersuxenin
Use ← → keys to move, R for a random poem
More by this author
Musiqi nəşəsi min sevgili cananə dəyər.Əsəri-naleyi-ney arif üçün canə dəyər.
Aşiq öz dərdi-dilin istədiyi yarə deyərAşiq öz dərdi-dilin istədiyi yarə deyər,Deməz əğyarə ürək sirrini, dildarə deyər.
Vəhm qılmaz könül, ol həlqeyi-keysudə gəzərVəhm qılmaz könül, ol həlqeyi-keysudə gəzər,Gör nə Məcnundu ki, zəncirdə asudə gəzər.
Vurar məşşatə şanə türreyi-cananə hərdənbirVurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.
Poems by other poets · Love
دل ما در غم و اندوه چرا داشتیی؟
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
دانی چگونه باشد از دوستان جداییچون دیدهای که ماند خالی ز روشنایی
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,