Musiqi nəşəsi min sevgili cananə dəyər.Əsəri-naleyi-ney arif üçün canə dəyər.

Musiqi əhlinə insaf ilə qiymət qoymaqLəhni-Davud ilə min təxti-Süleymanə dəyər.

Bixəbərlər nə bilir, ləhceyi-xanəndə nədir,Əhli-hal olsa bu söz qədrdə milyanə dəyər.

Pərdeyi-qəm dağıdır tarə dəyəndə mizrab,Türreyi-dilbərə hərdən necə ki şanə dəyər.

Musiqilə ola hər xəstəyə aləmdə əlac,Bu təbabət yenə min çareyi-Loğmanə dəyər.

Bizə bu elm haram olmuş idi keçmişdə,Yəni şeytan işidir, rəxnəsi iymanə dəyər.

Yaşasın qırmızı şöhrətli Sovet qanunu,Bu səxavət neçə min Hatəmi-dövranə dəyər.

Qıldı hər yerdə bina musiqi məktəblərini,Nəğmənin faidəsi indi hər insanə dəyər.

Xalqımız musiqi elmin oxuyur hər yerdə,Ölkəmizçün bu şərəf mehri-dirəxşanə dəyər.

Musiqilə məni dəfn eyləsələr, Vahid, əgər,Qəbrimin torpağı min rövzeyi-rizvanə dəyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love