Fəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim var
Fəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim var,Qoy fəxr eləyim mən ki, gözəl bir Vətənim var!
Namərdəm, əgər huriyü qılmana dəyişsəm,Gülzari-Vətəndə o gözəllər ki, mənim var.
Fəxr olmasa, Fərhadı, deyərdim, mənəm əsrin!Minlərcə mənim xosrovi-şirinsüxənim var.
Baxdıqca bu gülrüxlərə artır yenə eşqim,Bundan belə dünyada nə dərdü-mihənim var!
Məcnuniyəm hər bir uca boylu, qara zülfün,Ey müddəi, gəl gör necə sərvü səmənim var!
Gəncəm, gözələm, xəlqimin istəklisiyəm mən,Qiymətli göhər tək Vətənimdə sevənim var!
Vahid, mənə təklif eləmə özgə nigarı,Öz sevgilim, öz dilbəri-nazikbədənim var!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-fexr-eyleme-ey-bulbuli-seyda-cemenim-var
Use ← → keys to move, R for a random poem
More by this author
Artırar hüsnünü gəldikcə rüxi-dildarə xət,Necə xoş olmaz əgər ağ üzrə olsa qarə xət.
Qaşların tağı edib tağı-kəlisanı şikəstQaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.
Həmişə eşqinlə eylərəm fəğan, ey dostHəmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Töküb rüxsari-alına nigarım zülfi-mişkinbuTöküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.
Poems by other poets · Love
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Gulshan-i Raz, chapter 53رخ اینجا مظهر حسن خدایی استمراد از خط جناب کبریایی است
Pəriyi-vicdanDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Saqiya, cam tut ol aşiqə kim, qayğuludurSaqiya, cam tut ol aşiqə kim, qayğuludur,Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.