Artırar hüsnünü gəldikcə rüxi-dildarə xət,Necə xoş olmaz əgər ağ üzrə olsa qarə xət.

Yox əcəb, tutsa ləbin dövrünü xəttin mur tək,Mail olmuş mən kimi ol ləli-şəkkərbarə xət.

Xətti-reyhanın rüxün dövründə görmüş bağiban,Səbzədən çəkmiş, odur kim, səfheyi-gülbarə xət.

Hindivü xalın mənimtək mehr salmış ruyinəKi, vətəndən etmiş ol biçarəni avarə xət.

Mehri-rüxsarın tutandan ol nigari-məhvəşin,Eyləmiş zülfü kimi rövşən günümü qarə xət.

Ruzi-hicran ərzi-hal etmək sənə mümkün deyil,Ol cəhətdən yazmışam kuyində hər divarə xət.

Vahidəm, eşq atəşiylə yandı canım şəm tək,Eylə ki, gördüm çıxıb ol arizi-gülnarə xət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love