Xaki-payinə o mahın dün səhərdən düşmüşəm
Xaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.
Olmuşam Məcnunu ol gündən mən ol Leyliveşin,Eylə rüsvayəm ki, xalq içrə dəyərdən düşmüşəm.
Ol hilaləbruyə dil açsam da, baxmaz naləmə,Guyiya, bir paslı şəmşirəm, kəsərdən düşmüşəm,
Məndən ol sərvim, o gündən kim kəsibdir ülfətin,Öylə bil ki, bir nihaləm, mən səmərdən düşmüşəm.
Rəhm qıl, cövr etmə, ahımdan yanarsan aqibət,Sanma bir sönmüş çirağəm, mən əsərdən düşmüşəm.
Olma həmdəm qeyrlə, qeyrət həlak eylər məni,Çox da pirəm, ey gözəl, sanma, hünərdən düşmüşəm.
Surəti-halım görüb, el kəsdi məndən rəğbətin,Eylə kim ol mahin eşqində ləkərdən düşmüşəm.
Vahid, Azər xoş demiş: oddur vücudu aşiqin:“Azəri-eşqəm, güman etmə, şərərdən düşmüşəm”.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-xaki-payine-o-mahin-dun-seherden-dusmusem
Use ← → keys to move, R for a random poem
More by this author
İndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Təzə çıxan mollalaraBəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!
Tənqidimiz SabiranədirTənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!
Poems by other poets · Love
Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.
Müxtəlif şeirlərdən natamam parçalarBu dünyaya gəldi neçə alişan,Gəl sənə söyləyim nişanbanişan.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram