Sevdayi-zülfi-yarə o gündən ki, düşmüşəm,Guya ki, dami-qəflətə möhkəm ilişmişəm.

Bir gecə olmadı, görüm ol mahi-tələti,Sübh açılınca hər gecə kuyini gəzişmişəm.

Əğyarə, bilmədim, dedim öz sirri-eşqimi,Səhv etmişəm bu barədə, xeyli sürüşmüşəm.

Ağzımda indi də var onun təmü ləzzəti,Ol ləli-şəkkər ilə ki, bir yol öpüşmüşəm.

Yansın dilim, o yarə əgər bivəfa desəm,Əmma rəqibdən neçə dəfə eşitmişəm.

Bir səngdil nigari-vəfasızdan ötrü mən,Əğyar ilə o qədr keçən gün söyüşmüşəm.

Yarın vəfasız olmağı, əğyar tənəsi,Vahid, çürütdü ömrümü, candan bezikmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love