İnşaallah
Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!
Yenə var köhnə üsul ilə bu gün dərs oxudan,Doymamış xəlfələri gör bu min illik yuxudan,Bu işə yaxşı deyən var Qarabağdan, Nuxudan,Köhnə məktəbləri dükkan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Çox da hər yerdə qumarxanələr olmuş icad,Xalq içində törədir min cürə hər gündə fəsad.Ayıl, ay bəxtəvər oğlu, bu deyildir irad,Aqibət bu işə saman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Necə qanmaz kişilər var, aparıb zəhləmiziKi, nə var oğru, siqan qarət edir məhləmizi.Oğruyurlar gecə lampoçkamızı, vedrəmizi,Hələ onsuz da çırağban olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Qalmışam matü məəttəl o raboçi Həsənə,Poçtu soymaq sözünü söyləyir hər gündə mənə.Bir deyən yox buna, axmaq kişi, axır sənə nə,Qeybdən dərdinə dərman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Tutular dəhnəsi, axmaz yerə yeksan suların,Xeyr olar aqibəti fikrlərin, duyğuların.İşi bir yanə yetər mirzələrin, mollaların,Sarığı başına qalxan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Mollalar gərçi edir işçini daim isfal,Haqqı öz nəfi üçün eyləyir hər yan pamal.Boğazından yapışar bir gün onun işçi Cəlal.Özü axırda peşiman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Yazıb hər gündə qumarbazı, sataşsaq qoçuyə,Qorxusundan oların çıxmaq olarmı küçəyə?Çizkarlar bizi öldürtdürəcək heç neçəyə.Yerimiz rövzeyi-rizvan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Gəldi gül fəsli, tükəndi dəxi əyyami-xəzan,Çıxacaq bulvara seyr etməyə həp yaxşı-yaman.Üzü kirşanlı madamlar dolacaqdır hər yan,Hər tərəf büsbütün əlvan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-insaallah
Use ← → keys to move, R for a random poem
More by this author
Yanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
Vardır indi, gözəlim, başqa məlahət BakıdaVardır indi, gözəlim, başqa məlahət Bakıda,Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.
Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqdaKönüllər qan olur sənsiz güli-həmrayə baxdıqda,Gözəllər yad edər xurşidi-ruyin ayə baxdıqda.
Ey gül, yanıram qeyrilə sən həmdəm olandaEy gül, yanıram qeyrilə sən həmdəm olanda,Bülbül alışar xar ilə gül məhrəm olanda.
Poems by other poets · Satire
Millət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.