Ey mənim munisi-qəlbi-nigaranım, çadra!Səni tərk eyləmərəm, çıxsa da canım, çadra!

Qanmıram heç, nədi hürriyyəti-nisvan, nə demək,Başaçıq, qıssa tuman, zülfü pərişan, nə demək!Kurs, klub, əl işi, zəhmət nə demək, can nə demək?On beş arşın güllü çitdəndi tumanım, çadra!

Mən gərək evdə belə çadralanıb, lap bürünüm,Bu nə sözdür, neçə naməhrəmə birdən görünüm.Nə qədər var nəfəsim, sənlə gərəkdir sürünüm,Qalmaya çöldə gərək kirli dabanım, çadra!

Səni hər dinsiz, imansız atacaq, qoy atsın,Ar, namusunu əsrə satacaq, qoy satsın.Gedərək kursa günaha batacaq, qoy batsın,Olmasın tək mənim üqbada ziyanım, çadra!

Şeyx edibdir mənə təfsir hicab ayəsini,Cameyi-şəridəki rəncü əzab ayəsini.Tanrı kəm etməsin üstündən onun sayəsini,Ona qurban ola min çadralı xanım, çadra!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love