Təsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.

Molla dayı, təbirini yaz, gör necə röya,Söylə nə gözəl şənü şərəf rütbeyi-ülya.Düzlükdə inan, şəkk eləmə bu işə əsla,Bu möcüzəsi, bu yədi-beyzası axundun,Lap cilvələnir nur ilə siması axundun.

Bir həftə qabaq məscidə verdikdə səliqə,Saət ikiyə qalmış ikən yeddi dəqiqə.Biçarə namaz üstə gedir qəşşi-əmiqə,Bu növ keçir dövreyi-sutkası axundun,Bihuş düşür peykəri-rənası axundun.

Guya ki, görünmüş gözünə özgə bir aləm,Keçmiş üləmalar hamısı orda müəmməm.İclas açılır, məsələsi mahi-məhərrəm,Olmuş orası məscidül-Əqzası axundun,Mövlasına var, gör necə ixlası axundun.

Gördükcə axundu çağırır Həzrəti Fazil,Mandatın alıb izni-duxuli olur hasil.İclasda təhlil olunur xeyli məsail,Axırda çıxır bir belə fitvası axundun,Olsun bu ili yerdə komandası axundun.

Hər nəf olur-olsun, verə bu il işə rövnəq,Zahirdəmi, batində çıxa minbərə bilhəq.Bu növi ola məqsədinə, bəlkə, müvəffəq,Yəni dola bu fənd ilə torbası axundun,Yoxdandı ki, naziklənib ortası axundun!

Molla dayı, sən də oxu bu möcüzə səlvat,Qarelərimiz eyləsin hər yerdə minacat.Düşsün başa bu məsələni hər kişi, arvad,Dolması, çığırtması, bozartması axundun,Vodkası, zakuskası, mürabbası axundun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire