Üzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.

Əyər nifrin edərsəm sidq ilə künci-ibadətdə,Edərsəm vird əsmai-üzami bircə saətdə.Yıxıb birdəfəlik heç qoymaram, dəyyar bu kənddə,Nə bir mürtəd qalar, nə babi, nə dəhri, nə nəsrani,Hamısın eylərəm bir anda mən fani, ağam cani.

Bu təsiri-nəfəs kim, məndə vardır, yoxdu İsadə,Nə Davudü Şüeyb, Xızr, İbrahim, Musadə,Çatıbdır qırxa istajım ibadət xarüqüladə,Fəzilət mədəni Səlmani-əsrəm, hüccəti-sani,Bəha məndən alıbdır dərsi-ruhani, ağam cani.

Yəqin olmaz işə ol söyləsəm, filfövr oldurram,Təmamən yer üzün bir anda cin ilə doldurram.“Cəhadi-əkbər”ə fitva verib, məxluqi qırdırram.Xüsusən çadrasın tərk eyləyən əfradi-nisvani,Çevirrəm başlarına tərs dəyirmani, ağam cani.

Əyər bir ayətəl-kürsi düasın istiqamətləÇıxartsam qalibindən hərfi-həlq ilə, qəraətlə.Üfürsəm dalbadal kafirlərə böqzi-ədavətlə,Amandır, Molla dayı, ip gətir bağla bu heyvaniKəramət sahibi, boynuyoğun quli-biyabani, ağam cani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire