Məşuqə gərçi aşiqənazü itab edər
Məşuqə gərçi aşiqənazü itab edər,Aşiq şikayət eyləməz, hər cövrə tab edər.
Min dəfə cövr edib mənə bu mahparələr,Bir dəfəsi yazılsa əgər, yüz kitab edər!
Mən aşiqəm, dedim, dedilər: – Ey əsiri-eşq,Bir dərdə düşmüsən ki, əlacın şərab edər.
Bir an şərabım olmasa, dərd öldürər məni,Hər kim bu dərdə çarə edə, min səvab edər.
Dağlarda lalələr qədəhi doldu jalədən,Gülgün şərabə qəmli könüllər şitab edər.
Cana, ləbindən eylə bu dərdin əlacını,Əğyarə sirr söyləməyə dil hicab edər.
Ya al bu canı, ya ki, düzəlt ehtiyacımı,Bu həsrət atəşi məni, yoxsa kəbab edər.
Vahid, o şuxə dərdini de cami-vəsl ilə,Bir lütf göstərərsə, səni feyziyab edər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-mesuqe-gerci-asiqenazu-itab-eder
Use ← → keys to move, R for a random poem
More by this author
Niyə bağlanmısan ol zülfi-pərişanə, könül?Qaç o zəncirdən, eylər səni divanə, könül.
Dil bilən, söz anlayan bir nazlı yar istər könülDil bilən, söz anlayan bir nazlı yar istər könül,Lalədən, güldən gözəl, bir novbahar istər könül.
Fəda olum sənə, ey Yusifi-zəmanə balamFəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.
Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Ölməzdim, o zəncirdə divanə mən olsam!