Aşiqin görcək rəqib ilə səni fəryad edər,Rəsmdir, bülbül gülü xar ilə görsə, dad edər.

Lütf edib, ey sərvi-qədd, ruhim, xilas et cismdən,Şahi-adil həbsdən məhbusini azad edər.

Qan olur bülbül kimi bağrı şikəstə aşiqin,Har zaman kim gülşən içrə ləli-nabin yad edər.

Naz ilə qılsa xuram eşq əhlini ol ahuvəş,Şəksizdir kim, dalınca gəzdirib, səyyad edər.

Gəlsə bir dəfə xuramə ol qəddi-sərvi-rəvan,Həşri-kübradən əlamətlər yəqin bünyad edər.

Qeyz ilə qılsa nəzər bir dəfə əhli-aləmə,Bu cahan mülkün nigahi-tünd ilə bərbad edər.

Vahida, bifəhmli bilməz kəlamin qədrini,Necə hikmət bilməyənlər hikmətə irad edər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love