Bülbülün naleyi-cansuzuna bais gül imiş,Gülə həm aşiqi-sərgəştə olan bülbül imiş.

Mən deyirdim ki, o məh mehrü vəfa sahibidir,Demə bəs, mehrü vəfadan o özü qafil imiş!

Daşa təsir elədi, ahım oduyla yandı,Bir əsər etmədi ol şuxə, nə ahəndil imiş!

Piri-meyxanə sözün şeyx qəbul eylədi dün,Adəm övladıdır, həqqa ki, hələ qabil imiş.

Yoxdur aşiq, dedi ol məh, mənə səndən qeyri,Gizli məndən, demə, biganələrə mail imiş.

Eşqə dil verməz idim, bari qəmin bilsəydim?Nə bilim, eşqdən üşşaqə bəla hasil imiş?

Vahida, müşkül işə xəlqdə səbr olsa əgər,Olur tədric ilə asan hər iş, müşkül imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love