Qızıl Ordu girən kimi meydana,Saldı faşizmin canına muryana.

Göstəririk düşmənə öz həddini,Hey yarırıq müdafiə xəttini,Bu dərd əyibdir Hitlerin qəddini,Möhtac olub indi dava, dərmana,Qızıl Ordu girən kimi meydana.

Təyyarəmiz buraxdıqca qumbara,Qorxusundan düşmən girir ambara,Hitlerin qəlbinə dəyir min yara,Ağlı çaşır, olur dəli-divana,Qızıl Ordu girən kimi meydana.

Əsgərimiz atanda əl bombasın,Yıxır yerə faşistlərin gombasın,Biri qıçın tutur, biri ombasın,Səksəni birdən yıxılır yan-yana,Qızıl Ordu girən kimi meydana.

Hitler hələ plan çəkir xülyada,Bu günləri gətirməyirdi yada,Flotmuzun gücün görcək dəryada,Deyir, yaman düşdü başım tufana,Qızıl Ordu girən kimi meydana.

Qüssəsindən Hitler olubdur dəli,Çox yaşamaz qan soran bir zəli,Çıxdı boşa arzularından əli,Dad eləyib, gəlir ahü əfqana,Qızıl Ordu girən kimi meydana.

Bir zamanlar basmışdı Göbbels gopa,Guya olarladır bütün Avropa,Əksinə, özlərin basıblar topa,Hər tərəfdən başlayıb el üsyana,Qızıl Ordu girən kimi meydana.

Düşmənin ömrünə yetibdir xəzan,Məhv olar axırda yolundan azan!Əldə tüfəng minlər ilə partizan,Düşmənə od vurur mərdü mərdana,Qızıl Ordu girən kimi meydana.

Düşmən bizə gəlməsin boş-boş hədə,Bir də onu qoymarıq əl tərpədə,Biz hamı bir can kimi ilk cəbhədə,Arxada milyon dayanıb milyona!..Qızıl Ordu girən kimi meydana.

Bir təzə xəstəlik tutub Hitleri,Qudurmuş it kimi qapır hər yeri,Musselin də onun köhnə kuryeri,Hitler üçün dönüb qotur madyana,Qızıl Ordu girən kimi meydana.

Vermirik heç zalım əduyə fürsət,Onlardan hər gün alırıq qənimət,Əvvəl axır bizimdir qalibiyyət,Tülkü-mülkü neylər igid aslana!Qızıl Ordu girən kimi meydana.

Az deyil ordumuzda Bəxtiyarlar,İsrafillər, Kamallar minlərlə var!Koroğludan qalıb bizə yadigar,Bizim ərlər aman verməz düşmana!Qızıl Ordu girən kimi meydana.

Cürət verir bizə Lenin bayrağı,Neyləyəcək bizə hər alçaq yağı,Fərhad kimi çapır ordumuz dağı,Külüngümüz nərə salır hər yana!Qızıl Ordu girən kimi meydana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets