Çox cəbhələr yarıb igid ordumuz,Bizimlə qorunmuş gözəl yurdumuz,Dünyalar coşsa da, yoxdur qorxumuz,Əməkçi oğluyuq, cəsur əsgərik,Döyüş zamanında igid ərlərik!

Ölkəmizə qızıl bayraq vurmuşuq,Sosializmin əsasını qurmuşuq,Xalqın keşiyində möhkəm durmuşuq,Əməkçi oğluyuq, cəsur əsgərik,Döyüş zamanında igid ərlərik!

Durmaz qarşımızda ümmanlar bizim,Yenməz qüvvəmizi tufanlar bizim,Bilir gücümüzü duşmanlar bizim,Əməkçi oğluyuq, cəsur əsgərik,Döyüş zamanında igid ərlərik!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland