Sərhədçi nəğməsi
Ey Vətən, ey əziz istəkli yurdum,Sənin qiymətini kimdən ki, sordumSəni müqəddəs bir ana dedilər,Bilsən ki, sevirəm səni nə qədər!Görməz xəyalınla gözlərim yuxu,Məni düşündürməz bir başqa duyğu.Bir sənin eşqinlə xoş keçər günüm,
Haqlıyam, mən əgər daim öyünüm.Vətənin qədrini bilməyən dəni,Elinin, yurdunun odur düşməni.Vətəndir insana ən böyük şərəf,Anasız körpələr tez olar tələf.Ey ana torpağım, ey Vətən yaşa!İndi ki çatdırdın məni bu yaşa.Qorxacaq deyiləm, igid oğlunam,İgidlər yetirən, ey əziz anam!Mənim zəhmətimi az çəkməmisən,Məni cəsarətlə sən bəsləmisən.Borcluyam, hər zaman qoruyam səni,Hazıram əzməyə xain düşməni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-serhedci-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Gərçi dərd əhli içir badəni cansağlığına,İçirəm mən onu bir afəti-can sağlığına.
Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ahəstə şanə çək ki, tökülsün kənarına.
Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Rəva deyil, qala ellər nigarı özbaşına.
Nə qəm, əldə dolu peymanə olandan sonra?!Nə qəm, əldə dolu peymanə olandan sonra?!Sənə ümmid evi meyxanə olandan sonra.
Poems by other poets · Homeland
Gözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.
DağlarınÇəkilmir başından duman - çiskini,Nə betər dəyişib halı dağların.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.