Dağların
Çəkilmir başından duman - çiskini,Nə betər dəyişib halı dağların.Qar gəlib yolları - izləri tutub,Ağarıb yamacı - yalı dağların.
Sökülüb binəsi, köç edib ellər,Başlayıb əsməyə boranlar, yellər.Çağlamır bulaqlar, kükrəmir sellər,Çəkilib heyvanı, malı dağların.
Heydər qan ağlayır, yurddan gen düşüb,Qəzanın qədəri - “Xoya” yön düşüb.Dərdə ac - yalavac, ləlöyün düşüb,De hanı motalı, balı dağların!?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-daglarin-2
Use ← → keys to move, R for a random poem
More by this author
Necə dözüm, necə durub-dincəlim,Mən ah çəkim, gərək dərddən incəlim,
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.
VarŞanlı vətənimin hər qarışında,Hər daş altda bir igidim, ərim var.
VerdilərAtlaz yorğan, atlaz döşək yumuşaq,Boynuma almışam bir parça uşaq.