Duman - çiskin basıb, görünməz olub,Görünmür yaxası, başı dağların.Mətahdı, qızıldı, gövhərdi, ləldi,Torpağı, qayası, daşı dağların.

Gözündən tökülür qan ilə yaşı,Özü də başlayıb dərdlə savaşı.Yenə yada düşür pendir - lavaşı,Dadlı çəkməcəsi, aşı dağların.

Nə vaxtdı irağam, sinəm dağlıdı,Oraya uzanan yollar bağlıdı.Aşıq Heydər naləlidi - ahlıdı,Bu il betər gəlib qışı dağların.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets