Bu sevdaya düşən günü ölmüşəm
Sevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.Həkim cərrah bilməz dərdimə çarə,Bu sevdaya düşən günü ölmüşəm.
Istədim ki, bağban olam, bir gülə,Eşq atəşı vurdu, döndüm bülbülə.Sevda vücuduma saldı vəlvələ,Bu sevdaya düşən günü ölmüşəm.
Hicran yeksanıyam , qəm tarümarı,Yıxıb vicudumu kül etmə barı.Dizimin taqəti, gözümün nuru,Bu sevdaya düşən günü ölmüşəm.
Varmı mənim kimi qəmlə talanan,Sərkərdan - sərkərdan gəzib dolanan.Bu eşqə neyləsin təbibü loğman,Bu sevdaya düşən günü ölmüşəm.
Etibardan düşən, etibarlı yar,Dolandım qürbəti diyarbadiyar.Pərişan könlümün müşkül halı var,Bu sevdaya düşən günü ölmüşəm.
Adına nəğmələr qoşduğum dilbər,Könül sarayımı alıb qəm - kədər.Üzmə qul Heydərı, üzmə bu qədər.Bu sevdaya düşən günü ölmüşəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-bu-sevdaya-dusen-gunu-olmusem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.