Aftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost

Canıma atəş buraxdı arizi-ra'nayi-yar,Başımı sevdaya saldı zülfi-müşkəsayi-dost

Hər kişinin himmətinə görədir çün rütbəsi,Zahidi-dunhimmətə Tuba, bizə balayi-dost

Kimsə baxmazdı cahan arayişinə olmasaAləmi təzyin edən hüsni-cahanarayi-dost

Ol qədər rahi-təlbdə oldu pəuya Nitqi kim,Vardı iqlimi-ədəmdən irəli arayi-dost

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love