Pasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab

Sən şahi-mehruyə gərdun xeyməyi-firuzədir,Cabəca olmuş şüayi-aftab ona tənab

Cameyi-surxilə sən mahı görən əhli-nəzərŞöylə sanır kim təlu etdi şəfəqdən aftab

Badədən ləli-ləbin zövqüdür, ey saqi, murad,Bir qədəh sun camı-ləlindən bizi qıl kamyab

Necə ali-qədrsə dəsti-xəyalım irişir,Nitqiya, susam əcəbmi dilbəri-ali-cənab

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love