Xət gəldi rüxi-yarə füzun oldu səvadı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Xət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Ol gül məni, gör, eylədi məşhuri-qəbayil,Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı.
Ey bari-xuda, hasil elə yar muradın,Gər qətlim isə dəhrdə mətlubü muradı.
Vaiz eləyir mənfəəti-badəni inkar,Meyxarələrə gör ki, nə əfzundu inadı.
Zahid işi zahirdə əbadır və duadır,Məlun kişidir, hiyləvü təzvir nihadı.
Bu əsrdə yox gövhəri-ürfanə xəridar,Ey bari-xuda, lütflə rəf et bu kəsadı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey kaş, qoyaydın itinin adını Seyyid,Gəh-gah dəgəydi ləbi-şirinüvə adı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-xet-geldi-ruxi-yare-fuzun-oldu-sevadi
Use ← → keys to move, R for a random poem
More by this author
Sən qeyr büsatında ki, içdin meyi-nab.Qan oldu cigər, gəldi gözümdən xunab.
Düşdü əlimə bir gecə bir şişə şərabDüşdü əlimə bir gecə bir şişə şərab,Gətdim evə sübh içim məni-xanəxərab,
Qoymuşdum evə bir gecə bir şişə şərabQoymuşdum evə bir gecə bir şişə şərab,Yatdım ki, durub sübh olam ondan sirab,
Sərməst namazə gəlməsəydi əshabSərməst namazə gəlməsəydi əshab,Heç ayə gəlib həram olmazdı şərab.
Poems by other poets · Love
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
YamandıHeç kimsə düşməsin yar sevdasına,Kimsə dözməz belə dərdə, yamandı.
BiləHər yetən gözələ gözəl demərəm,Gözəl odur, yar qədrini yar bilə.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,