Derdim ki, könül zirü zəbər olmasın, oldu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Derdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.
Derdim ki, xətin tutmaya dövri-məhi-ruyin,Bu fitnə əyan dövri-qəmər olmasın, oldu.
Ömrüm tükənib, oldu nihayət şəbi-vəslin,Etdim ki dualar, bu səhər olmasın, oldu.
Baği-dili-şeydadə olan nəxli-məhəbbət,Derdim belə bibərgü səmər olmasın, oldu.
Çəkdim o qədər ah ki, ol sərv cəmalıSərkəşlər üçün məddi-nəzər olmasın, oldu.
Rəşk öldürəcəkdi məni, ol muy-miyanınOrtayə gəlib zibi-kəmər olmasın, oldu.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, dilüvi lal eləsin qadiri-sübhan,Derdim ki, dili-yarə kədər olmasın, oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-derdim-ki-konul-ziru-zeber-olmasin-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Eylədi axır fələk ol gülüzarımdan məniEylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.
Zahidin gər güzəri bir düşə meyxanə sarıZahidin gər güzəri bir düşə meyxanə sarı,Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Poems by other poets
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,