Eylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.

Naqeyi-sərgəştə tək səhra dolansam, ney əcəbKim, fələk bidad ilə üzmüş qatarımdan məni.

Hicrdən rəngim saraldı, şükr kim, sərrafi-eşq,İndi tanır bu zəri-kamil-əyarımdan məni.

Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil,Bari gəh-gəh sor dili-biixtiyarımdan məni.

Şəhri-Tiflisin çəlipa bağlayan tərsaləri,Qorxuram kim, ayıra axırda tarımdan məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, mən ol məhəbbət əhliyəm afaqdə –Kim, tanır əhli-nəzər xaki-məzarımdan məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation