Bu ayrılıq, ayrılıqdı,istər elə, istər belə.Nəfəs özü bir qonaqdı,gedər elə, gələr belə.

Mən əssəm də külək kimi,dərzi dünya şimşək kimibiçər məni köynək kimi,tikər elə, sökər belə.

Sən gələndə bahar gələr,sən gedəndə qubar gələr,içimdə bir quzu mələraxşam elə, səhər belə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation