Sən gəlin gələndə tək idim, lap tək –atasız, anasız...haradaydı bəxtim.Sən gözəl qız idin: zərif və göyçək,mən onda, eh, kasıb bir tələbəydim.

O zaman, nə deyim başqaydı dərdim,sənsiz unudulmur dərd də, yara da.Başqa oğlanlardan mən seçilirdim,demişdin: güləşdə, boy-buxunda da,

Hələ şairliyim aşkar deyildi,ortada qalmışdım, bir az yiyəsiz.Şerim çap olurdu, ayda, ildə biro da gah yarımçıq, gah qafiyəsiz.

Bir söz eşitmişdim Vurğundan o vaxt, –“Balıq okeanda böyüyər, inan”.Mən də balıq idim,Gəncədə ancaqnə dəniz var idi, nə də okean.

Hamı həsrətilə yandığım o gün,mən səni seçmişdim qızlar içindən.Ağappaq üzünlə Novruzgülüydün,təzəcə çıxmışdın sən qar içindən.

Sən evdən köçəndə düşdük uzağahamsı yalan oldu: düz söz, doğru söz.Getdin qaynanana gəlin olmağa, –sənə yox, qəbrinə deyildi bu söz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets