Belə deyirmi həyat
Dünyada bir təmiz ad,dünyada bir sağlam can.Boş şeydi yerdə qalan...Belə dedi bir nəfər,belə deyirmi həyat?!Sağlam can saxlayasan,üstəlik də təmiz ad?!Mən görmüşəm dünyadabir təmiz ad üstündəcanlar gedibdi bada,mən əsgər görmüşəm ki,döşündə bir medalı,Canında yüz yara var.Adam da görmüşəm ki,adını yox, dünyadatək canını saxlayar.
Yox, adi can üçün, yoxcanı gərək ad üçünqurban verəsən hər gün,girov qoyasan hər gün.Dünyada bir təmiz ad,dünyada bir sağlam can.Yox, ikisi bir yerdəçətin olur,doğrudan.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-bele-deyirmi-heyat
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Nə qara səniDedim, könül, durma dağ zirvəsində,Bir gün düçar edər nə qara səni.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,