Oturmuşuqradionun qabağındaoğlumla mən.Biz dünyanın marağında,xəbərsizdi dünya bizdən.Efirləri dolaşırıqsəsdən iti sürət ilə,ölkə-ölkə, qitə-qitə,Gah itirik tapa-tapa,gah tapırıq itə-itə.Oğlum deyir:dayan, dayan.əl saxla, əl!Musiqidir ata, ata,Necə gözəl!Gözlərində cilvələnir,dünya xoşbəxtbir müğənni cilidindəgülümsəyir.Elə bilirdünya bir gənc bəstəkarınmahnısıdır.Dünya bu günnəğməkarlar, bəstəkarlardünyasıdır.Son xəbərlər axtarıramqitə-qitə, ölkə-ölkə.Orda...bəlkə?Burda... bəlkə?Efirləri gəzən yerdəsonra birdənalışırıq.BMT-nin kürsüləriboş qalar, boş.Sonra Nuhun gəmisinədoluşarıq.Təyyarədən vaxtsız düşüb,sonra uçan xalçalaraqayıdarıq.Metroları itirərik,mağaralar axtararıq.Qırı verib Dürü allıq,bəşərik biz.Məlikməmməd düşən dərinquyularadüşərik biz...Saxla – deyir, –oğlum tutur əllərimdən, –bir mahnımız keçdi deyən, –Narahatam, dedim, oğlum.– Kimdən ata?– Elə Səndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets