Dedim, könül, durma dağ zirvəsində,Bir gün düçar edər nə qara səni.Dilin çatmaz nə bir elə, obaya,Bürüyər nə ağ gün, nə qara səni.

Yetişməz dostların heç vaxt haraya,Deyən olmaz, görüm getdi haraya?Gözün dikmə hər həftəyə, hər aya,Nə Əli axtarar, nə Qara səni.

Təbib gərək, sinəsini o yara,Açıb ürəyini, eylər o yara.Uzaqdadı, əli çatmaz o yara,Əsəd heyran etdi nə qara səni?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets