Canım yandı, can ay Habil!təzələdin bir yaramı.Araz axdı kaman boyu,apardı sellər Saramı.

Ələndi torpağım, daşım,ağardı bəlalı başım.Mən ağlayıb qurtarmışdım, –Ağladı tellər Saramı.

Qarşımda canlı xəyalsan,qışqırırsan, amma lalsan.Çal, Habil, çal – belə çalsan –kaman dirildər Saramı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice