Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.

Getdi ol günlər ki, zülfü arizindən ol məhin,Sünbülüm, müşküm, gülüm, bağım, baharım var idi.

Rəşk edib dövri-fələk məndən ayırdı aqibət,Dərdü qəm dəfinə kim, bir qəmküsarım var idi.

Barilaha, bir də mən görrəm ola ol günləriKim, visali-yardə xoş ruzigarım var idi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, bir də görüb ölsəm əgər, olmaz qəmim,Ol zamani kim, vüsali-gülüzarım var idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love