Vaizi-şəhr özü iqrarına etsəydi əməl
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vaizi-şəhr özü iqrarına etsəydi əməl,Düşməz idi bu qədər din ilə dünyayə xələl.
Qovli-zahidlə əməl etməmişəm, həşr günüVar ümidim ki, mənə dadrəs olsun bu əməl.
Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk,Kafərəm çəksə əgər badeyi-gülfamdən əl.
Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir,İmtahan etmək üçün bircə də meyxanəyə gəl.
Xum ayağına qoyub başuvi, al dəstüvə cam,Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl.
Maqta — the closing couplet bearing the poet’s pen name. Şövqdən köhli-Sifahan kimi dürtər gözünə,Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-vaizi-sehr-ozu-iqrarina-etseydi-emel
Use ← → keys to move, R for a random poem
More by this author
Şaiq, ol hadiyi-bədikəlam,Güli-xoşətri-gülşəni-əyyam,
Nuhun vəqəsiDörd min ildən yüz əksik oldu ki, NuhGetdi dünyadən ol cahan-fütuh.
Hacı və molla əhvalatı (Köpəyə ehsan)Köpəyə ehsanVar idi Şahsevəndə bir haci,
Bağdadlının vəqəsiBir kişi şəkvə qıldı Məmunə –Key çatan hökmi rübi-məskunə,