Vəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.

Daneyi-əşk töküb etmə təmənnayi-visal,Gəlməz ol mürği-hümapişə bizim damə, könül.

Xəlqə eyd oldu, vəli, mahi-məhərrəmdi mənəKi, fəraq ilə günüm döndü bu gün şamə, könül.

Göz qərasın həll edib xameyi-müjgan ilə,Yeri vardır yazasan dilbərə bir namə, könül.

Ruzi-eyd oldu, mənim yari-güləndamım yox,Nə həvəs eyləyim ol badeyi-gülfamə, könül.

Yetmək olmaz bu gün ol dilbəri-siminbədənə,Düşmə bica yerə sən bu təməi-xamə, könül.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, ol məhi-bimehr fərağında bu günNə edər badəyə rəğbət, nə baxar camə könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love