Mənə hicrində o növ ilə degil surəti-halKi, sual etsən ola qüvveyi-təqrirə məcal.

Gər ölən vəqt sənin adını zikr eyləməsəm,Gəlməsin kəlmeyi-tovhida dilim, ey güli-al!

Nəfəsim qətdir, ayineyi-rüxsarüvi tut,Ta müşəxxəs ola, ey gül, sənə keyfiyyəti-hal.

Ey deyən, bal deməklə ağız olmaz şirin;Niyə bəs zikri-ləbiylə mənə var ləzzəti-bal.

Sənəma, xali-tərindirmi zənəxdanında,Ya, durubdur tərəfi-çeşmeyi-Zəmzəmdə Bilal?

Bilməz ol tifl hələ şiveyi-məşuqəligi,Şiri-madər təki qanını bilir, leyk, həlal.

Katibi-sün çəkər tərhi-qaşın peyvəstə,Ya hər ay başı düşər çərxə qaşından bu misal?

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, çəkmə əbəs bari-əmanət qəmini,Çək əyağ, iç meyi-gülfamı, degilsən həmmal.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love