İskəndərin vəsiyyəti
Dəmi-nəzi-rəvanda İskəndərEylədi bir vəsiyyət ol sərvər –Ki, anama deyin bu göftari,Xəlqə ehsanım eyləsin cari.Leyk hər kəs çəkibdi dərdü bəlaYeməsin ol təamdən qəta.Çünki saz oldu neməti-əlvan,Qıldı anın vəsiyyətini bəyan –Ki, gərək əkl etsin ol adəmÇəkməyibdir cahanda möhnətü qəm.Mütənəbbih olub kəlamından,Hamı çəkdi əlin təamından.Çünki çəkmişdi hamı möhnətü qəm,Çıxmadı hiç bir nəfər xürrəm.Madəri-əşkbari-İskəndərGərçi olmuşdu zari-İskəndər,Bildi ki, mərgə yoxdu bir çarə,Hamının qəlbinə dəyib yarə.Dilbəra, çox da çəkmə möhnətü qəm,Könlüvü eylə qəm günü xürrəm.Gərdişi-çərxi-kəcmədar keçər,Bu qəmü dərdi-ruzgar keçər.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-iskenderin-vesiyyeti
Use ← → keys to move, R for a random poem
More by this author
Gəl, qılma təbiba, mənə əfsanə əlac!Olmaz bilirəm xəsteyi-hicranə əlac.
Əl tutmadı bir kimsə dəmi-üsrü hərəcƏl tutmadı bir kimsə dəmi-üsrü hərəc,Nə ali-bəni-Əsəd, nə qövmi-Xəzrəc.
Gər etsə təbib dərdi-pinhanə əlacGər etsə təbib dərdi-pinhanə əlac,Hər dəmdə gözümdən tökülən qanə əlac,
Eylər mənə xəndə yar giryan görgəcEylər mənə xəndə yar giryan görgəc,Mən şad oluram ol gülü xəndan görgəc,
Poems by other poets
Günəş doğur, bürünür Xəzər qızıl rənginə,Qağayılar çığrışıb salamlayır günəşi.
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın