Seyrə çıxmışdı bir gün İskəndər,Rast bir novcəvanə gəldi səhər.Sərbürəhnə, cünunü divanə,Mənzili bir fəzayi-viranə.Etdi divanəyə o şah xitab,Oldu divanə müstəidi-cəvab.Dedi mən padşahi-dövranəm,Rübi-məskunə, bil ki, sultanəm.Zati-pakımda çün nəcabət var,Məndə dərya kimi səxavət var.Hər nə sən istəsən olur hasil,İstə bir şey ki, ta ola vasil.Dedi divanə: – Ey şəhi-məğrur,Məndən eylə bu dəm məkəsləri dur.Mənə milçəklər eyləyir azar,Məndən olsun buyur, bu ləhzə kənar.Dedi sultan ona ki, divanə,Bir şey istə ki, qadirəm anə.Güldü divanə, söylədi: – Ey şah,Qüdrətin xeyli var imiş kutah.Qüdrətin çünki yoxdu bir məkəsə,Edəcəksən nə lütf hiç kəsə.Mən təki çünki sən də acizsən,Özüvə görmə fəxri caiz sən.Seyyida, gör ki, sərvəri-mərdanEyləyib xütbədə bu rəmzi bəyan.Xeyli acizdü bu bəni-adəm,Bir məkəsdən çəkir bəlavü ələm.Məkəsə hökm qılsa ol qəyyum,Fil xortumuna salar xortum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise