Loğmanın satılması
Belə derlər ki, Həzrəti-LoğmanHəbəş əhliydi, ya ki ol Sudan.Ona dəydi həvadisin xətəri,Satdılar qul kimi o pürhünəri.Yusif-asa o mahi-ürfaniKeyd ilə satdı fövci-ixvani.Qul xəyal eylədi ələzzahir,Aldı Loğmanı bir nəfər tacir.Bir siyəhfam idi sitəbri-ləbanLeyk təlimbəxşi-biədəban.Fəhmini gördü çünki ağası,Oldu onun yeganə mövlası.İmtəhan ilə bir gün ol mövlaDedi: – Lazımdı bir lətif ğiza –Ki, ola həm lətif, həm şirin,Ta tənavül qılam məni-qəmgin.Etdi Loğman hikmət ilə əməl,Hikmətin kanı ol əmiri-əcəll.Bir quzu zibh eylədi Loğman,Dilini eylədi onun büryan,Hazır etdi hüzuri-mövlayə,Yedi zövq ilə ol fələkpayə.Yenə bir ayrı gündə ol mövlaİstədi bir acı, kəsif ğiza.Yenə Loğman gətirdi büryan dil,Açma bu rəmzi, od tutub yan, dil!Leyk sərbəstə qalsa bu məna,Xoş deyil, eyləmək gərək ifşa.Bədgüman oldu sahibi-Loğman,Gördü ziddini bir ğizadə əyan.İki dəfə gətirdi büryan dil,Dedi: – Hikmətdə bu deyil kamil.Bu qulun gərçi çox fərasəti var,Leyk bu işdə səhvü qəfləti var.Səhvkarın özündən etdi sual –Ki, nədir böylə müxtəlif əhval?Bir ğiza mümkün olmayıbdır həminHəmi acı ola, həmi şirin.Dedi: – Ey bu sual möhtacı,Dildü kim, zəhrdən olur acı.Gah şəkərdən olur bu dil şirin,Qandı mövlası, eylədi təhsin.Qıldı təhsin kəmali-Loğmanə,Fikri-bikrü xəyali-Loğmanə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-logmanin-satilmasi
Use ← → keys to move, R for a random poem
More by this author
Ey oğul, həzrəti-rəsulüllahDedi: – “Əlkasibü həbibullah”.
Misir şahzadələriMisr mülkündə var idi peydaİki şəhzadeyi-sütudə əda.
İskəndərin vəqəsi (Nəql edirlər ki, bir gün İskəndər)Nəql edirlər ki, bir gün İskəndərEylədi bir xərabə sarı güzər.
Mircəfərə xitab (Cəfər, ey ahuyi-biyabanım)Cəfər, ey ahuyi-biyabanım,Ey biyabani-dildə ceyranım!
Poems by other poets
MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,