Mircəfərə xitab (Cəfər, ey ahuyi-biyabanım)
Cəfər, ey ahuyi-biyabanım,Ey biyabani-dildə ceyranım!Ey maralım, gəvəzni-xoşnigəhim,Bürci-dildə cəmalı mehrü məhim!Belə yazmış bu rəmzi danalər,Əhli-idrakü əhli-mənalər –Ki, cahan içrə var elə işlərNəzərə ibtidadə xoş görünər.Lakin axır verər nəticə yaman.Buna şahiddir ayeyi-Quran.Elə işlər də vardır, ey sərvər,Sənə zahirdə çox yaman görünər,Leyk axır verər nəticeyi-sud,Olur ol əmr sülləmi-məqsud.Huş ilə guş qılsan, ey güli-tər,Bu hekayət sənə kifayət edər:
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mircefere-xitab-cefer-ey-ahuyi-biyabanim
Use ← → keys to move, R for a random poem
More by this author
Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmazBir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,Tabutü hənutum götürüb dəfn edən olmaz.
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünürQasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Şadəm ki, İlahi, tökülə qanı HüseyninŞadəm ki, İlahi, tökülə qanı Hüseynin,Ta razı ola eşqdə cananı Hüseynin.