Səni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.Səni bir növrəstə cavan,Mən özümü zəlil gördüm.

Yar yanında əyləşəndən,Aldım yüz min busə səndən,Üzün döndərmədin məndən,Mən səni çox həmil gördüm.

Hümmətini gördüm ali,Dərdimdən eylədim hali,Ləblərindən qəndü bali,Sel, su kimi səbil gördüm.

Mən istərəm səni yeyim,Dilin, dodağın çeynəyim,Aclıqdır, axır neyləyim,Bu ili yaman il gördüm.

Əriyibdir cismi, cani.Qalmayıb tabü təvani,Şükuhiyi-binəvaniBu qapıya dəxil gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets