Var idi bir maral çox ətşan,Gəldi bir çeşmə üstə ol heyvan.Bu təmənna ilə ki, su içsin,Su içib, çeşməsardən keçsin.Çün nəzər qıldı suyə ol heyvan,Baxıb öz əksin onda gördü əyan.Gördü nazik ayağın, ol dilxun,Tutulub könlü, oldu çox məhzun,Gördü buynuzların fəxamətlə,Xatiri şad olub, fəxarətlə –Ki, bu əsnadə bir neçə səyyadDüşdülər ol maral qəsdinə şad.Binəva görcək onları qaçdı,Leyk təqrir öz torun açdı.Qovdu səyyadlar onu çox tul,Olmadı leyk bir murad hüsul.Oldular ol şikardən məyus,Etdilər çox təəssüfü əfsus.Gəldi nagəh qabağə bir bişə,Çox qalın bişə idi, pür rişə.Ovçulardan o gün qutarmağa canGirdi ol bişə içrə ol heyvan.İlişib buynuzu budaqlarə,Olmadı bəs nicatına çarə.Tutdular ovçular o heyvanı,Düşdü dami-həlakətə canı.Dedi ol binəvayi-xatirdağ:Ey həqarətlə baxdığım əl-ayağ!Sən məni xoş nicatə çatdırdın,Ölmüş idim, həyata çatdırdın.Ey fəxarətlə baxdığım buynuz,Övci-çərxə buraxdığım buynuz,Saldın axır məni həlakətə sən,Vərteyi-möhnətü məlalətə sən.“Hüvə xeyrün ləküm”dən etmə hiras,

**“Hüvə kərhün ləkum”dən eylə qiyas.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets