Misr mülkündə var idi peydaİki şəhzadeyi-sütudə əda.Birisi elmə oldu bəs talib,Birisi dövlətə olub rağib.Birinə elmü fəzl olub hasil,O biri dövlətə olub vasil.Birisi əsrə oldu əllamə,Birisi yetdi dövlətü kamə.Biri asudə idi rahət ilə,Birisi var idi məşəqqət ilə.Bir gün ol əhli-sərvətü dövlətDedi qardaşına tapıb xəlvət;Ey bəradər, bu nə məşəqqətdir,Bu nə elmü bu nə riyazətdir?Sən gedib elm eylədin təhsil,Zahir oldu həzar cərrü səqil.Nədir axır bu elmdən məqsud?Atəşi-fəqrdən çəkirsən dud.Olmuşam gör nə dövlətə vasil,Elmdən səndə yoxdu bir hasil.Açdı dürci-dəhanın ol fazil,Bəhri-zəxxarü alimi-kamil.Dedi kim, ey bəradəri-əhməq,Mənə vacibdi şükri-neməti-həq.Ənbiya irsinə mənəm varis,Məndən afaqə elm olur hadis.Mülki-Fironə sən də varissən,Qəmü azari-xəlqə baissən.Mən ki bir payimal olan murəm,Şükrlər kim, nə nişi-zənburəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice