Əzudüddövlənin oğlunun xəstələnməsi
Əzudun oğlu oldu çün bimar,Atasından tükəndi səbrü qərar.Dedi bir abidi-fəriştənihad:Quşları eylə bənddən azad,Ta xuda oğluva şəfa versin,Lütf ilə dərdinə dəva versin.Ol xudavəndi-ədlü bəxşişü dad,Etdi bülbülləri o dəm azad.Leyk bir əndəlibi-nəğməsəraNəğməsindən müzəyyən oldu səra,Qaldı künci-qəfəsdə zarü əsir,Biqərarü həzinü bəs dilgir.Əzudun oğlu ta ki tapdı şəfa,Bilib əhvalı ol güli-rəna.Dedi: – Ey bülbüli-Məsihnəfəsə,Səni sövtün qoyub əsiri-qəfəs.Olmasaydı əgər bu göftarın,Olmaz idi bu gunə azarın.Necə ki, Seyyidi-bədikəlamDil bəlasın çəkər cahanda müdam.Nitqdəndir bəlalər insanə,Nitq elə hər sözü həkimanə.Demirəm ki, həmişə xamuş ol,Nitq həngamı sahibi-huş ol.Necə kim, Sədi eyləmiş israr;
**“Əvvəl əndişə, vongəhi göftar”.Fikr qılmaq binadü, söz divar:
**“Paybəst amədəst, pəs divar”.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ezududdovlenin-oglunun-xestelenmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Ey rədi qılan rübab eşqində kəbab,Qanunə üsul ilə yetirdin mizrab.
Sən qeyr büsatında ki, içdin meyi-nab.Sən qeyr büsatında ki, içdin meyi-nab.Qan oldu cigər, gəldi gözümdən xunab.
Düşdü əlimə bir gecə bir şişə şərabDüşdü əlimə bir gecə bir şişə şərab,Gətdim evə sübh içim məni-xanəxərab,
Qoymuşdum evə bir gecə bir şişə şərabQoymuşdum evə bir gecə bir şişə şərab,Yatdım ki, durub sübh olam ondan sirab,