Cəfəra, rahi-batilə getmə,Xişü əqvamə etibar etmə.Buləhəb Əhmədin əmisiydi,Bildin aya nə eylədi, nə dedi?Qıldı azarlər o xanəxərab,Dedi ol şahə sahirü kəzzab.Oldu əhli-cəhim o bimayə,Gəldi şənində bir neçə ayə.Qurusun əlləri Əbu-Ləhəbin!Kəsilir əlləri o biədəbin.Dövlətü kəsbi etmədi çarə,Onu həq daxil eylədi narə.Övrəti gərdənində həbli-məsədOldu həmmali-hiyzüm ol mürtəd.Ola bir əqrəba əgər kovdanBil ki, biganə yaxşıdır ondan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets