Saqi, mey ver, genə bir tazə günah istəyirəm.Qara göz, nameyi-əmalı siyah istəyirəm.

Nədi xətdən bu hicabın, götür ol bürqəni kim,Etməgə nameyi-əmalı təbah, istəyirəm.

Bikəsü dərbədərəm püştü pənahım yoxdur,Özümə lütfi-xudavəndi pənah istəyirəm.

Asitanən itinə istəyirəm həmdəm olam,Maşallah, nə gözəl rütbəvü cah istəyirəm!

Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim,Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm.

Mehrim artar sənə rüxsarüvə gəldikcə xətin,Daim ol bağdə mən mehrü giyah istəyirəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çağırın Qeys ilə Fərhadı yığılsın başıma,Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love