Zavallı könlüm
Xərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
Duyurkən suzişin hərdəm bəlavü afəti-eşqin,Yenə məftuni-sevdadır, yenə biar olan könlüm.
Nasıl tərk eyləsin sevdayı, səhhətyabi-sevdadır,Həqiqət eşqi ilə daima bimar olan könlüm.
Sən uçduqca uç, ey dilbər, şu istiğna fəzasında!Niyaz eylər sənə hər an nəvazişkar olan könlüm.
Səni dildən çıxarmam, məqbərəndir qəlbi-qəmnakimGirər xakə səninlə mədfəni-əsrar olan könlüm!
Gəh ağlar, gəh gülər, gah oynayar əksi-cəmalinlə,Tühəf bir tifldir, bax, mə'kəsi-rüxsar olan könlüm.
Çıxarmaq hiç qabilmi səni ayineyi-dildən?Səfasi həp səninlə lövheyi-əkdar olan könlüm.
Səni gördükcə iqrar eyləyir xəllaqi-afaqə,Sənə məczub olan ol ənfüsi-inkar olan könlüm.
Verər mərdanə can, bir zərrə atmaz izzəti-nəfsin,Sənin çeşmində, ey hürum, həqirü xar olan könlüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-zavalli-konlum
Use ← → keys to move, R for a random poem