Yadi-vətən...
Şirvanda "Nicat"Hacı İbrahim qardaşıma ithaf
Ey səhnəsi başdan-başa bir mə'kəsi-övham,Keçmişdə, əya cənnəti-hürriyyəti-ilham!
Afaqın idi sanihənin çöhrənümaəsi,Ey aləmi-şe'rü ədəbin şanlı səması!
Şairlərin eylərdi fəsahətlə təranə,Ey məhdi-müqəddəs olan azadəsəranə.
Mazidə adın əncüməni-nur ikən, ey şəhr,Bilməm nədən oldun sonu zülmətlərə məşhər?
Soldu, vərəm oldu, vətənim, xüldi-üzarın,Ahənglərin, rənglərin, rayihəzarın.
Ey kişvəri-şan, şe'rnişan, mehri-dirəxşan,Könlüm kimi oldun niyə bir beylə pərişan?
Sendin, sən idin, sən ki süxənsazi-fəsahət,Ey səhni-zəka, səhni-ziya, səhni-səbahət!
Ey məhdi-ədəb, madəri-Xaqanivü Sabir,Ey Seyyidi-zişanımıza qəmli məqabir.
Səndən yaradan, bəsləyən əhrari-zəmanı,Ey ruhu ilə canladan əfkari-cahanı!
Ey məhdi-ədəb, məhdi-hünər, məhdi-zəkavət,Xaqaniyi-mülki-süxənə təxti-bəlağət.
Ey mə'rifətin madəri-fəyyazı olan xak,Yerdə Fələkilər yaradan, parladan əflak.
Ey canlı Bahar doğuran gülşəni-taban,Ey baği-kərəm, baği-İrəm, cənnəti-büldan.
Seyyidlərə, Bixudlara ey qəbri-məali,Ey çeşmeyi-nurundan axan abi-Zülali.
Dərlər açılır babi-füyuzatı Nicatın,Rövnəqlənəcəkmiş kimi cənnəti-həyatın.
Küskün vətənim, gözlərin aydınlanacaqdır.Aydınlanacaq, parlayacaq, canlanacaqdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-yadi-veten
Use ← → keys to move, R for a random poem