Hüznafərin şairimiz A.Şaiq bəradərimə

Keçən gün idi gəzirdim, sataşdı gözlərim, ah, –Bir afətə... Necə afət? İşıqlı, canlı sabah...

Yox idi örtüsü, vardı üzündə sayeyi-qəm,Dodaqlarımda dil açdı nəşideyi-matəm.

O göy baxışlı gözəl hüzn ilə bəzənmiş idi.Qaşında nuri-təfəkkür, süruru sönmüş idi.

Yerin hilali-həzini mənə görünmüş idi,Gözəl qadın sönük idi, hilalə dönmüş idi,

O canlı yer günəşi matəmə bürünmüş idi.Sönük günəş, sönük ay didəmə görünmüş idi.

Günəş cəmali sönükdü, hilali qaşları da,Gözəldi matəmə batmış gözəl baxışları da.

Nə dadlı idi gözündə o qəmli cazibəsi!Dedim ki, bəxti ilə var, demək, müharibəsi.

Baxardı göy baxışıyla yerə çü ruyi-həsən,Toxundu könlümə halı... Dedim ki boşluğa: sən, –

Sən ey səmayi-tühi! Ey cahani-biidrak,Həmişə tərs, müdam əksinə dönən əflak!

Bu göz ki gülməyə layiq, nədəndi qəmli gəzər?Bu böylə-olmaz idi, olsa idi səndə nəzər.

Zavallıcıq baxıyordu, baxışlarında zilal,Baxıb da qaşlarına söylədim: zavallı hilal!

Günəş üzündə bulutlar hilalı sayənüma?!Qaranlıq oldu gözümdə o dəm zəminü səma.

Hilalına yaxışırkən gülüş, o nə qəm idi?Günəş cahanına baxdım ki, ərzi-matəm idi.

Hilal yüksəliş istər, günəş də nurü həyat,Nədir, dedim, bu işıqlar üzündəki zülmat?..

Günəş cəmalı, hilal qaşları hilal misal,Sabahı qəmlə bürünmüşdü misli-şəmsü hilal.

Toxundu könlümə halı o qəmli dilbərin, ah!Bütün bu varlığım oldu kəbidi-atəşgah...

Gözümdə çöhreyi-aləm ki pərdədar oldu,Səhabi-hüznlə çeşmim də giryəbar oldu.

Bu göy baxışlı gözəldən gəlirdi yaş gözümə –Və damlayırdı o yaşlar yağış kimi üzümə.

Səmavi bir mələk idi, məlikeyi-xaki,Yer üstü olsa da cayi, ucaydı əflaki.

O hüzni-dilbərə baxdım, baxışlarım yaşdı,Həzin baxışlarım ol ruy ilə qucaqlaşdı.

Onun üzündə həzin kölgə vardı nur kimi,Gəzər, dururdu bu yerdə səmavi hur kimi.

Gələn-keçən də var idi birər zilal misal,Mənim də çeşmimi parlatdı ol pəriyi-məlal.

Gözüm o hüznlə əyləndi, doğdu fikrimə nur,Bu qəmlər ilə bərabər üzündə vardı qürur.

Qururu mən sevəməm erkəyin üzündə... əvət,Qürur üçün yaranıbdır cəmali-nisviyyət.

Qürur od kimidir erkəyin üzündə, vəli –Sevimlidir o təkəbbür öpərsə bir gözəli.

Görüb də qaşları qəmli günəş cəmalında,İki məluli düşündüm onun məlalında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets