Ulduzlara doğru
Dəsti-təsxirində tutmuşkən bəşər dünyaları,
Yerləri, mə'dənləri, heyrətfəza dəryaları,
Durmadı, çarpışdı, əlləşdi təbiiyyat ilə,
Asimanpərvaz olub fəth eylədi balaları.
Yol bulur, bir gün uçar, ulduzları təsxir edər,
Ən qaranlıq sirri anlar, aləmə təşhir edər,
İndi odlar yağdıran təyyareyi-xakinijad –
Parlayan bir gün gələr çox göyləri tənvir edər.
Nücumi-zahirəyə hakimiyyət etmək üçün –
Baxın bu zadeyi-ərzə səmayə pərrandır.
Şimal qütbünə fəthə sürür səfineyi-fəth,
Cəhanpəsənd bu əzmafərinə şayandır.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-ulduzlara-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
Şairlərə ithaf*Qəlp pula döndü həp ilhamımız,
Xəluqun pədəriS.Səbur bəradərimə*Şe'rin, ədəbin nasiyeyi-şə'şə'ədari,
Xəndeyi-zəfərMat olan məhcub olur bazicəyi-şətrəncdə,Qalibiyyət kimdə qalsa, nəş'eyab olmaşdadır.
Timsali-məlal, hüsni-məhzunDün gedirkən yolumda gördüm ki, –Bir gözəl hüzndari-möhnət idi.