Xalqıma ithaf

Buludlar çaxnaşır göyün üzündə,Parlayır şimşəyin odu gözündə,Yıxılma, tək ağac, çölün düzündəYoxdur söykənməyə bir tayın sənin,Çatmaz heç bir kəsə harayın sənin.Kömürü çatmayır “kömürçülərin”,Yandırıb səni də “kömür” edərlər.Kökünü torpağa dərin at, dərin!Hər zərbədən bil ki, yıxılmaz ərlər.

Sən tək böyümüsən əzəl yaşından,Nə qədər tufanlar əsib başından,Halısan dünyanın haqsız işindən,Nə olsun, tək ağac, səhrada təksən,Sən bu tufanlara köks gərəcəksən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland